59
13:21
17 Noyabr 2020

Dövlət başçısı: "Nə vicdan var, nə utanmaq var, nə əxlaq var..."

“Görün, mənfur düşmən hansı vəhşiliklər törədib? Evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrası ilə tanış olan zaman bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu, təkcə Azərbaycanın öz doğma torpaqlarını işğaldan azad edilməsi məsələsi deyil: “Bu, eyni zamanda bütün dünyaya, işğalçılara göstərir ki, onların sonu bax belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq. Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. İşğaldan azad edilmiş Füzuli rayonun kəndlərindən Füzuli şəhərinə və Füzuli şəhərindən işğaldan azad edilmiş Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin ki, bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam üzərindən gedirdi, Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil. Bir daha bu gözəl hadisə ilə bağlı bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Dİgər xəbərlər