Rusiyanın Nəqliyyat naziri koronavirusa yoluxdu
15 noyabr 2020 23:31 (UTC +04:00)

Rusiyanın Nəqliyyat naziri koronavirusa yoluxdu

“Rusiyanın yeni təyin olunmuş Nəqliyyat naziri Vitali Savelyev koronavirusa yoluxub”. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi jurnalistlərə bildirib.

Qeyd edilib ki, nazirin koronavirusla bağlı verdiyi testin cavabı  müsbət olub və bu səbəbdən o, tələblərə uyğun olaraq özünütəcrid qaydalarına riayət etməlidir: “Nazirin vəzifələrini müvəqqəti olaraq birinci müavini - Federal Hava Nəqliyyat Agentliyinin rəhbəri Aleksandr Neradko icra edəcək”.

 

# 1081
avatar

Oxşar yazılar