Serxio Ramos "Real Madrid" dən gedir?
14 noyabr 2020 12:28 (UTC +04:00)

Serxio Ramos "Real Madrid" dən gedir?

İspaniyanın “Real” klubunun kapitanıerxio Ramosun yeni müqaviləsi ilə bağlı müzakirələr davam edir.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin prezidenti Florentino Peres bununla şəxsən özü məşğul olmaq qərarına gəlib.

Futbol funksioneri noyabrın 16-da Ramosla görüşəcəyini açıqlayıb. Müqavilə müddəti mövsümün sonuna qədər olan 34 yaşlı mərkəz müdafiəçisi komandada qalmaq istəyir. Lakin Ramos uzunmüddətli müqavilə tələb edib. Pereslə görüşdən sonra bütün sualların cavablandırılması gözlənilir.

Qeyd edək ki, Serxio Ramos keçmiş komanda yoldaşı Devid Bekhemin sahibi olduğu “İnter Mayami” klubundan təklif alıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar