97
14:50
13 Noyabr 2020

Virtual dərslərin cədvəli dəyişməməlidir - RƏSMİ

“Virtual məktəb” layihəsinə qoşulan şagirdlər bilməlidir ki, həftənin hansı günü hansı saatda hansı dərsə qoşulacaqlar. Uşaqlar bir rejimə öyrəşir, dərslərdə iştirak faizi artır, pərakəndəlik olmur”.

Lent.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, “Virtual dərslərin dərs cədvəli hazırlanarkən müəllimlər çalışmalıdır ki, cədvəl dəyişilməsin: “Necə ki, məktəbdə bir dərs cədvəli var idi, virtual dərslərin də dəyişməz dərs cədvəli olmalıdır. Virtual dərsin məzmunu daha çox mühazirə xarakteri daşıyır, şagirdlərə praktik bacarıqlar aşılamaq imkanı məhduddur. Amma nəzəri məlumatları da məzmunlu vermək olar. Virtual dərslərin akademik ağırlığı daha çox olur”.

Nazirlik rəsmisi onu da bildirib ki, hazırda Təhsil Nazirliyi tərəfindən qələbəni virtual dərslərə keçirməklə bağlı layihə hazırlanır.

Dİgər xəbərlər