“Nobel qardaşlarının ilk uğuru” filmi noyabrın 15-də növbəti beynəlxalq festivalda nümayiş ediləcək. Belə ki, film Avstriyanın Linz Beynəlxalq Qisa Film Festivalının siyahısına daxil olunub.
Lent.az bildirir ki, bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Onun sözlərinə görə, bu festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır.
Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni Xalq artisti Eldost Bayram oxuyub.