90
11:05
13 Noyabr 2020

“Qəbələ”nin prezidenti müharibədəki döyüşündən DANIŞDI

“Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla xalqımızı təbrik edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov feysbuk səhifəsində paylaşımı zamanı yazıb.

Dağlıq Qarabağda baş verən müharibə zamanı Vətənin müdafiəsinə qalxan Nəcəfov ordumuzun tarixi zəfəri ilə bağlı sevincini bölüşüb: “Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm! Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm! Tarixi zəfərin əldə olunmasında "hər şey cəbhə üçün" devizi altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm! Qalib Azərbaycan xalqına eşq olsun!”.

Dİgər xəbərlər