Futbolçu oyun zamanı koronavirusa yoluxmasından xəbər tutdu 
12 noyabr 2020 11:10 (UTC +04:00)

Futbolçu oyun zamanı koronavirusa yoluxmasından xəbər tutdu 

Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida Türkiyə ilə yoldaşlıq oyununun fasiləsində koronavirusa yoluxduğunu öyrənib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Xorvatiya Futbol ittifaqının saytında məlumat yayılıb. 

Mənbənin məlumatına görə, xorvatlar tibb qərargahı görüş zamanı oyunçuların noyabrın 11-də keçdiyi test nəticələrini əldə edib. Komandanın baş məşqçisi Zlatko Daliç Vidanın əvəzlənməsini qərar alıb və həkimlərin əmrinə uyğun olaraq təcrid olunub.

Vida bir neçə gün İstanbulda təcrid vəziyyətində qalacaq. 

Noyabrın 11-də İstanbulda baş tutan Türkiyə və Xorvatiya görüşü 3:3 hesabı ilə başa çatıb. 

 

# 562
avatar

Oxşar yazılar