34
12:13
11 Noyabr 2020

Futbolçu istirahət zamanı güllələndi

Lissabonun “Sportinq” klubunun futbolçusu Bruna Tavareş odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 18 yaşlı oyunçu hadisə zamanı dostları ilə istirahətdə olub.

Onlar maşında olanda içəridəkilərdən biri zarafatla dolu bir tapança çıxarıb. Silah təsadüfən işə düşüb və güllə Tavareşin sinəsinə dəyib. Futbolçu dərhal xəstəxanaya yerləşdirilib.

Tavareşin həyatı üçün təhlükə olmadığı bildirilir. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Dİgər xəbərlər