79
18:49
08 Noyabr 2020

Trampın arvadı seçkilərin nəticələrindən sonra boşanmağı düşünür - İDDİA

ABŞ-ın hazırkı prezidenti Donald Trampın həyat yoldaşı Melaniya, seçkilərin nəticələri açıqlandıqdan sonra siyasətçidən boşanmağa hazırlaşır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda “Daily Mail” yazıb.

Jurnalistlər, ailənin keçmiş köməkçisi Omarosa Maniqolt-Nyumana istinad edərək, Melaniyanın çoxdan boşanma haqqında düşündüyünü və Amerika liderinin vəzifəsindən ayrılmasını gözlədiyini iddia edirlər.

Digər bir köməkçi Stefani Volkoff isə öz növbəsində evliliklərinin 15 ilinin hamısının bir "razılaşma" olduğunu və ər-arvadın hətta Ağ Evin ayrı otaqlarında yatdıqlarını söyləyib.

Eyni zamanda, Melaniya Tramp həmişə Donald arasında əla bir əlaqənin olduğunu iddia edib. Bununla birlikdə, amerikalı jurnalistlər, evlənmə müqaviləsi tərtib etdiyi üçün bu cür açıqlamalar vermək məcburiyyətində qaldığını iddia edirlər.

Nəşr ayrıca, Melaniya Trampın uşaqlarının atasının mirasından layiqli pay alması üçün əvvəllər nikahdan sonra bir razılaşma əldə etdiyini bildirib.

Dİgər xəbərlər