“Mən söz vermişdim ki, Xarı bülbül festivalı yalnız Şuşa azad olunanda keçiriləcək”
Lent.az kulis.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlu AzTv-nin efirində yayaımlanan “Əsas məsələ” proqramında qoşulduğu canlı telefon bağlantısı zamanı söyləyib.
“Mən Allaha minnətdaram ki, bu günü gördüm. Bizim Şuşada işlərimiz hələ çoxdur. Biz o güllələnmiş abidələri Şuşaya qaytarmalıyıq. Xarı Bülbül festivalını yenidən yaratmalıyıq. Mən söz vermişdim ki, bu festival ancaq Şuşa azad olunandan sonra yalnız Şuşada keçiriləcək İndi bunun vaxtı gəlib çatıb. Mən hörmətli Prezidentimizə təşəkkürümü bildirirəm, hər bir əsgərin qarşısında baş əyirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onların qanı yerdə qalmır, çünki Şuşa azaddır. Bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Danışmağa söz tapmıram. Hamınızın qarşısında baş əyirəm. Yaşasın Azərbaycan! Yasın Qarabağ! Yaşasın bizim birliyimiz!”