Bayraq Gününün hava PROQNOZU
08 noyabr 2020 12:05 (UTC +04:00)

Bayraq Gününün hava PROQNOZU

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz  15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz,  gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhərsaatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 6-10,  gündüz 15-18, dağlarda gecə 0-4, gündüz  6-10 dərəcə  isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoza gəldikdə, noyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üşün əsasən əlverişlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827

Oxşar yazılar