“Napoli” təyyarədki problemə görə oyuna gedə bilmədi
08 noyabr 2020 10:28 (UTC +04:00)

“Napoli” təyyarədki problemə görə oyuna gedə bilmədi

“Napoli” klubu İtaliya futbol çempionatında “Bolonya” ilə keçiriləcək oyuna təyyarədə yaranan texniki problem səbəbindən gedə bilməyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da Bolonyada baş tutmalı idi.

Şənbə günü hava limanına gələn “Napoli”nin oyunçuları təyyarədə texniki problem yaranmasından xəbər tutublar.

Hava limanında bir saat gözləyəndən sonra uçuşun baş tutacağı ümidi ilə komanda otelə gedib. 

“Napoli”nin oyun üçün bu gün Bolonyaya gedəcəyi gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1257

Oxşar yazılar