Böyük tutuma malik kiçik akkumulyator - 2 USB portlu
07 noyabr 2020 19:54 (UTC +04:00)

Böyük tutuma malik kiçik akkumulyator - 2 USB portlu

“Silicon Power” şirkəti ən yığcam akkumulyatorunu təqdim edib.

Lent.az xəbər verir ki, “QP70” modeli çox yığcamdır, iki USB porta, həmçinin böyük tutuma malikdir və sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.

Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, kredit kartı ölçüsü ilə müqayisə edilə bilən və 199 qr çəkisi olan “QP70” akkumulyatorunun tutumu 10000 milliamper/saat təşkil edir. Kənar akkumulyator 2 çıxış (USB Type-A və USB Type-C) və 2 giriş (Micro-USB və USB Type-C) portları sayəsində əksər mobil cihazlarla uyğunluğa malikdir. / “ICTnews” 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978

Oxşar yazılar