32
11:35
06 Noyabr 2020

“Alternativ mənbələrdən istifadə etməklə təbiəti qoruyaq” layihəsinin icrası başa çatdı

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ekologiya və Təbiİ Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə ilə həyata keçirdiyi “Altenrativ mənbələrdən istifadə etməklə təbiəti qoruyaq” layihəsinin icrası başa çatıb.

Lent.az -ın məlumatına görə, layihənin məqsədi cəmiyyəti, xüsusən gənc nəsli altenrativ mənbələrdən istifadə etməklə təbiəti qorumağın əhəmiyyəti barədə məlumatlandırmaq olub.

3 ay davam edəcək layihə çərçivəsində peşəkar jurnalistlər və araşdırmaçılara alternativ mənbələr barədə araşdırma xarakterli 10 yazı sifariş edilib. Yazılar peşəkar ekspert tərəfindən baxıldıqdan və yazılarda çatışmayan məqamlar aradan qaldırıldıqdan sonra mətbuatda dərc edilib.

Dİgər xəbərlər