106
11:12
06 Noyabr 2020

Şabranda maskasız gəzənlər cərimələndi

Şabran rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına məqsədilə maarifləndrici reyd keçirib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, reyd əsasən rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərində və digər qapalı obyektlərdə, eləcə də ictimai nəqliyyatda baş tutub. Şöbə əməkdaşları sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verib, onlarla maarifləndirici söhbətlər aparıb.

Vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyini diqqətə çatdıran polislər, qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görüblər.

Dİgər xəbərlər