Tarixi binanın bərpası başladı - FOTO
06 noyabr 2020 10:48 (UTC +04:00)

Tarixi binanın bərpası başladı - FOTO

Noyabrın 5-də Bakı şəhəri, Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyevküçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadında aparılan qanunsuz rəngləmə işləri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin əməkdaşları operativ tədbirlər həyata keçirib.

Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, hazırda mütəxəssislər tarixi binanın bərpası üçün onun fasadında təmir-restavrasiya işlərinə başlayıb.

Görülən tədbirlər nəticəsində binadakı obyektin icarədarı və sahibkara qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş maksimum məbləğdə cərimə tətbiq edilərək ciddi xəbərdar olunmuş, ərazi nəzarətə götürülüb.

Qərara alınıb ki, paytaxtda yerləşən tarixi-mədəniyyət abidələlərin vəziyyətinin öyrənilməsi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin qurumları tərəfindən  birgə yolmalar keçirilsin.

# 949
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar