71
09:03
04 Noyabr 2020

“Zəfərlərin mübarək! Azərbaycan əsgəri” adlı elektron baza təqdim edildi

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Zəfərlərin mübarək! Azərbaycan əsgəri” adlı Elektron məlumat bazası hazırlanıb.

Milli Kitabxanadan Lent.az -a verilən məlumata görə, elektron məlumat bazası Azərbaycan Respublikasının dövlət rəmzləri, Rəsmi sənədlər, Görkəmli şəxsiyyətlər Azərbaycan ordusu haqqında, Zəfərlərimiz, Erməni terroru, Nəşrlər, Videoqalereya və Azərbaycan əsgəri bölmələrindən ibarətdir. Elektron məlumat bazasında Azərbaycanın ordu quruculuğundan, ulu öndər Heydər Əliyevin bu sahədə olan xidmətlərindən, Milli Qəhrəmanlarımızdan bəhs edən kitablar, dövri mətbuat materialları, vətənpərlik mövzusunda olan musiqilər və erməni cəlladlarının ölkəmizin müxtəlif bölgələrində törətdikləri terror hadisələri nümayiş olunur. Elektron məlumat bazasında nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

Bildirilib ki, Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri də qüdrətli orduya sahib olmasıdır: "Vətənə sonsuz sevgisi olan, hərbi sirlərə sadiq, yüksək döyüş ruhunda xidmət edən əsgərlərə malik ordu, ən qüdrətli ordudur. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşən, lazım gəldikdə canından keçən övladları var. Bu gün Azərbaycan əsgəri Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın şanlı tarixini yazır. Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlmək qüdrətindədir və istənilən an qalib gələcək!".

Qeyd edək ki, elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Azerbaycan_Esgeri/index.html linkindən istifadə edə bilərlər.

Dİgər xəbərlər