Bu ölkədə kameralı ağıllı eynəklər  qadağan ediləcək
05 sentyabr 2026 04:18 (UTC +04:00)

Bu ölkədə kameralı ağıllı eynəklər qadağan ediləcək

0

Norveçdə kameralı ağıllı eynəklərin istifadəsinə məhdudiyyət qoyulması gündəmə gəlib.

Lent.az xəbər verir ki, bunu rəqəmsallaşma və dövlət idarəçiliyi naziri Karianne Tung bildirib.

Onun sözlərinə görə, kamera və mikrofonla təchiz olunan, süni intellekt imkanlarına malik geyinilə bilən cihazlar insanların xəbəri olmadan izlənilməsi riskini artırır.

Hökumət ictimai yerlərdə üzlərin xəbərsiz şəkildə skan edilməsinin qarşısını almaq üçün yeni qaydalar hazırlamağı nəzərdən keçirir. Məsələni araşdırmaq üçün müstəqil ekspertlər qrupu da yaradılacaq.

Bununla yanaşı, hökumət bu texnologiyaların görmə məhdudiyyətli insanlar üçün faydalı ola biləcəyini də nəzərə alır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar