MN: Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi
03 noyabr 2020 13:49 (UTC +04:00)

MN: Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi

0

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb. 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. 

Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1395

Oxşar yazılar