89
13:06
03 Noyabr 2020

"Bayer"in xalis zərəri 10 milyard avronu ötdü

Bu ilin yanvar-sentyabr aylarında Almaniyanın "Bayer AG" kimya və əczaçılıq konserninin xalis zərəri ötənilki 2,677 mlrd. avro mənfəətə qarşı 10,803 mlrd. avro təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunub ki, hər bir səhm üzrə zərər bir il əvvəlki 2,73 avro mənfəətə qarşı 11 avro olub. Şirkətin gəlirləri 4,2% azalaraq 31,405 mlrd. avroya düşüb.

Cari ilin III rübündə "Bayer"in xalis zərəri ötən ilin eyni rübündəki 1,036 mlrd. avro mənfəətə qarşı 2,74 mlrd. avro təşkil edib. Səhm üzrə zərər bir il əvvəlki 1,05 avro mənfəətə qarşı 2,79 avro olub. Gəlir 13,5% azalaraq 8,506 mlrd. avroya enib.

Buna baxmayaraq, konsern bu ilin yekunlarına görə, 43-44 mlrd. avro civarında gəlir əldə edəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, "Bayer AG" konserni 1863-cü ildə təsis olunub. Konsern müxtəlif ölkələrdə 300-dən çox şirkəti təmsil edir.

Dİgər xəbərlər