59
09:25
03 Noyabr 2020

“Qarabağ” önünə xal itkisi ilə çıxacaq – “Fənərbaxça”dan növbəti qələbə

Türkiyə Super Liqasında VII turun daha iki oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” Azərbaycan çempionu ilə oyunöncəsi debütant “Hatayspor”un qonağı olub.

Avrokubok da daxil olmaqla son 3 matçdan məğlub ayrılan Rıza Çalımbayın yetirmələri bu mövsüm öz meydanında keçirdiyi hər iki qarşılaşmada qələbə qazanan Ömər Ərdoğanın kollektivi önündə 1 xalla kifayətlənməli olub. Ev sahiblərinin son dəqiqələri azlıqda keçirmələri də “igidlər”ə kömək olmayıb.

Çempionluğa əsas namizəd sayılan “Fənərbaxça” “Antalyaspor”la səfərdə üz-üzə gəlib. Ev sahibləri birinci hissənin sonlarında meydanda azlıqda qalmasına və fasilədən dərhal sonra qol buraxmasına baxmayaraq, tezliklə bərabərlik topunu vurub. Lakin final fitinə yaxın qələbə qolunu vuran “sarı-lacivərdlilər” liderliyə yüksəlib.

Qeyd edək ki, turun “Göztəpə” – “Alanyaspor” oyunu təxirə salınıb.

Türkiyə Super Liqası
VII tur
2 noyabr
“Antalyaspor” – “Fənərbaxça” – 1:2

Podolski, 52 – Ozan Tufan, 49, Perotti, 84 (pen.)
“Hatayspor” – “Sivasspor” – 1:1
Akintola, 8 – Qradel, 6

1

Fənərbaxça

7

5

2

0

12-6

17

2

Alanyaspor

6

5

1

0

15-2

16

3

Qalatasaray

7

4

1

2

9-5

13

4

Fatih Karagümrük

7

3

2

2

14-8

11

5

Rizəspor

7

3

2

2

10-8

11

6

Kasımpaşa

7

3

2

2

8-6

11

7

Başakşəhər

7

3

1

3

9-8

10

8

Beşiktaş

6

3

1

2

9-9

10

9

Qaziantep

7

1

5

1

9-10

8

10

Sivasspor

6

2

2

2

6-7

8

11

Antalyaspor

7

2

2

3

7-10

8

12

Hatayspor

5

2

2

1

4-7

8

13

Yeni Malatyaspor

7

2

2

3

6-10

8

14

Göztəpə

6

1

4

1

10-7

7

15

Ərzurum BB

6

2

1

3

8-11

7

16

Konyaspor

6

1

3

2

6-5

6

17

Kayserispor

6

2

0

4

4-9

6

18

Gənclərbirliyi

6

1

2

3

4-7

5

19

Trabzonspor

7

1

2

4

9-14

5

20

Dənizlispor

6

1

2

3

5-10

5

21

Ankaragücü

5

0

1

4

4-9

1

Dİgər xəbərlər