98
14:09
02 Noyabr 2020

Düşmənin Bərdə terroru ilə bağlı 6 dildə videoçarx hazırlandı

Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzlərindən biri olan qədim Bərdə şəhərinə raket zərbələri endirməklə bir daha özünün təcavüzkar və işğalçı mahiyyətini nümayiş etdirib.

Baş Prokurorluqdan Lent.az -a verilən xəbərə görə, qurumun mətbuat xidməti tərəfindən Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək.

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən biri olan Bərdədə 27 nəfər həlak olmuş, 105 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Dİgər xəbərlər