“Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması barədə xəbər düşmənin növbəti dezinformasiyasıdır”.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Ermənistan mediasının noyabrın 1-də Xankəndi üzərində Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması ilə bağlı yaydığı xəbər həqiqəti əks etdirmir və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.