“Əsir götürülən bəzi azərbaycanlı hərbçilər qətlə yetirilib” - Baş prokuror
30 oktyabr 2020 15:33 (UTC +04:00)

“Əsir götürülən bəzi azərbaycanlı hərbçilər qətlə yetirilib” - Baş prokuror

“30 cəsəd birtərəfli qaydada Ermənistan tərəfinə verildi. Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyən olunur: “Eyni zamanda bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi üzə çıxır. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”.

# 1714
avatar

Oxşar yazılar