103
06:11
29 Oktyabr 2020

Fəxrəddin Qoca: “Türkiyədə COVID-19-a yoluxan hər 10 nəfərdən 4-ü İstanbuldadır”

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 77 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Elm Qurumunun növbəti toplantısından sonrakı mətbuat konfransında belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 128 312 şübhəli koronavirus testindən keçib, onlardan 2305-nin cavabı pozitiv çıxıb, 1662 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1836 nəfər olub.

Türkiyədə ümumilikdə 368 513 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10027 nəfər ölüb.

Nazir bildirib ki, İstanbulda COVID-19a yoluxma sayı Türkiyə üzrə 40 faiz, son bir həftədə isə 62 faiz təşkil edib: “Xəstəliyə yoluxan hər 10 nəfərdən 4-ü İstanbuldadır. Xüsusilə son bir həftədə yoluxma daha çox sürətləndi. İstanbul dünyanın ən qələbəlik şəhərləri arasında 14-cü yerdədir. Şəhərə bacardıqca az çıxsaq, yayılma sürətini əngəlləyə bilərik. Əgər İstanbulda vəziyyəti nəzarətə ala bilməsək, yoluxma sürəti ölkə boyu artacaq”.

Dİgər xəbərlər