Metro bu tarixədək işləməyəcək - RƏSMİ
28 oktyabr 2020 18:31 (UTC +04:00)

Metro bu tarixədək işləməyəcək - RƏSMİ

2020-ci il dekabrın 1-i saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Lent.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan noyabrın 2-si saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

# 823
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar