115
10:12
28 Oktyabr 2020

İran parlamentinin sədri koronavirusa yoluxdu

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf koronavirusa yoluxub.

APA-nın İSNA-ya istinadən verdiyi məlumatına görə, bu barədə spiker özü bildirib.

“Parlament Aparatının əməkdaşlarından biri koronavirusa yoluxmuşdu. Gecəyarısı isə mənim testimin nəticələri bəlli oldu. Nərticə pozitivdir”, - o bildirib.

Hazırda karantinə alınan Qalibaf vəzifəsinin icrasını davam etdirmək niyyətində olduğunu deyib.

Dİgər xəbərlər