17 yaşlı oğlanın döydüyü kişi öldü
27 oktyabr 2020 11:48 (UTC +04:00)

17 yaşlı oğlanın döydüyü kişi öldü

Şirvanda döyülən şəxs xəstəxanada ölüb.        

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə oktyabrın 7-də baş verib.

Şirvan şəhər sakini, 17 yaşlı Mehrabov Oruc Bəxtiyar oğlu mübahisə zəminində həmyerlisi, 55 yaşlı Malyamov Qriqoriy Nikolayeviçi itələyərək yıxıb. Yıxılaraq başının daşa dəyən Qriqoriy Malyamov kəllə-beyin travması alıb.

Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən kişi aldığı xəsarətlərdən oktyabrın 26-da ölüb.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

# 895
avatar

Oxşar yazılar