İsveç paytaxtında Gəncədəki terror aktları pislənildi - FOTO
26 oktyabr 2020 06:01 (UTC +04:00)

İsveç paytaxtında Gəncədəki terror aktları pislənildi - FOTO

 

İsveç Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq Stokholm şəhərinin əsas mərkəzi “T-Central”dan  (Ahleans) başlayaraq səssiz yürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycan icmasının iştirakı ilə baş tutan yürüş zamanı aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti  erməni vəhşiliyini qınamağa səsləyiblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et”, “Erməni terroruna son!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxsləri öldürməyin”, “Biz terrora yox deyirik”, “Erməni təcavüzünə son”, “Biz ədalət istəyirik!” kimi şüarlar diqqətə çatdırılıb.

Yürüş aksiyasından sonra Qarabağ məktəbində anım mərasimi təşkil edilib. Tədbirdə iştirak edənlər Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktları  nəticəsində həlak olan mülki vətəndaşlarımızın əziz xatirəsini ehtiramla yad edib, erməni terrorunu lənətləyiblər.

# 940
avatar

Oxşar yazılar