Göygöl rayonunda zəlzələ olub
25 oktyabr 2020 22:59 (UTC +04:00)

Göygöl rayonunda zəlzələ olub

 

Oktyabrın 25-də yerli vaxtla saat 19:38-də Gəncə stansiyasından 22 km cənubda Göygöl ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.

# 925
avatar

Oxşar yazılar