“Samsung”un rəhbəri vəfat etdi
25 oktyabr 2020 09:30 (UTC +04:00)

“Samsung”un rəhbəri vəfat etdi

“Samsung” şirkətinin rəhbəri Li Qon Hi dünyasını dəyişib.

Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə o, Seul şəhərindəki xəstəxanaların birində vəfat edib.

1942-ci ildə doğulan Li Qon Hi 1987-ci ildə “Samsung”un sədri vəzifəsində şirkətin qurucusu olan atasını əvəzləyib. 

2014-cü ildə Li Qon Hi ürək tutması keçirib, bundan sonra korporasiyaya nəzarət oğlu, vite-prezident Li Çje Yona keçib.

# 1003
avatar

Oxşar yazılar