Dallas şəhərində "Qarabağ Azərbaycandır!" şüarı  - FOTO
22 oktyabr 2020 17:16 (UTC +04:00)

Dallas şəhərində "Qarabağ Azərbaycandır!" şüarı - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika-Azərbaycan Musiqi Fondunun təşəbbüsü ilə ABŞ-ın Texas ştatının Dallas şəhərinin mərkəzində "Qarabağ Azərbaycandır!" şüarının yazıldığı reklam lövhəsi quraşdırılıb.

Komitədən Lent.az-a verilən məlumata görə, bu şüar Qarabağ atlarının təsviri fonunda əks olunub. Lövhədə, həmçinin, BMT-nin 822, 853, 874, 884-cü qətnamələri də xatırladılıb.

"Qarabağ Azərbaycandır!" reklamı 1 ay ərzində nümayiş etdiriləcək.

Qeyd edək ki, xaricdə yaşayan soydaşlarımız və Azərbaycan Diaspor Könüllüləri Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı söylədiyi "Qarabağ Azərbaycandır!" tarixi ifadəsini bütün dünyada təbliğ edir və sosial media şəbəkələrində həştəqlərlə paylaşırlar. O zamandan "Qarabağ Azərbaycandır!" şüarı xaricdə keçirilən bütün tədbirlərin, nümayişlərin və mitinqlərin əsas leytmotivinə çevrilib.

İndiyədək Çexiyanın Praqa, Ukraynanın Kiyev, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York, Boston və Hyuston şəhərlərindəki müxtəlif məkanların və körpülərin üzərində "Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdirilib.

# 916
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar