Almaniya klubu karantinə alındı
22 oktyabr 2020 15:04 (UTC +04:00)

Almaniya klubu karantinə alındı

Almaniyanın “Verder” klubunda koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bu xəbəri Bundesliqa təmsilçisi yayıb.

Bildirilib ki, aparılan testlərin nəticəsi yalnız bir futbolçuda pozitiv çıxıb. Adı açıqlanmayan həmin şəxsin səhhətinin yaxşı olduğu vurğulanıb. Klubun tibbi personalının qərarına əsasən, növbəti testin nəticəsi açıqlanana qədər bütün futbolçular və məşqçi heyəti karantinə alınıb. Bu səbəbdən bugünkü məşq ləğv olunub.

Sabah aparılacaq testlərdən sonra bütün kollektivin nəticəsi neqativ olarsa, komanda məşqləri bərpa edə biləcək.

Qeyd edək ki, “Verder” Bundesliqanın V turunda oktyabrın 25-də “Hoffenhaym”ı qəbul edəcək.

# 742
avatar

Oxşar yazılar