275
18:02
21 Oktyabr 2020

"Hər şəhid oğlu bizim qəhrəmanımızdır"- MİLLİ QƏHRƏMANIN ANASI

Dünya Axıskalı Türklər Birliyinin (DATÜB) prezidenti Ziyatdin Kassanov, birliyin baş katibi Fuat Uşar, "Axıska" qəzeti və Türk Birliyi Dərgisinin baş redaktoru Rövşən Məmmədoğlu Azərbaycanın bütövlüyü uğrunda canından keçən, birinci Qarabağ müharibəsi zamanı şəhid olan Azərbaycanın Milli qəhrəmanı İsgəndər Aznaurovun İstanbulda yaşayan anası Kamilə Mustafayevanı ziyarət ediblər.

Lent.az xəbər verir ki, görüşdə Azərbaycanın Milli qəhrəmanı İsgəndər Aznaurovun həyatından, cəbhədəki şücaətindən, habelə şanlı Azərbaycan Ordusunun ermənilərin işğal etdiyi ərazilərin azadlığı uğrunda əməliyyatlarda əldə etdiyi üstünlüklər barədə söhbət ediblər.

Qəhrəmanımızın anası bütün şəhidlərə Allahdan rəhmət, yaralılara təcili şəfa və övladlarını itirən analara səbr diləyərək "Hər şəhid oğlu bizim qəhrəmanımızdır" deyib.

Milli qəhrəmanın anası Kamilə Mustafayeva Ziyatdin Kassanova və Fuat Uçara Axıska türkləri üçün etdikləri işlər və müalicəsi üçün verdikləri dəstəyə görə təşəkkür edib.

Görüşdə iştirak edən milli qəhrəmanın qızları Ziyatdin Kassanov kimi bir prezidentə sahib olduqlarından qürur duyduqlarını və xoşbəxt olduqlarını dilə gətiriblər.

Dİgər xəbərlər