Bakıda avtobuslar gecikmə ilə hərəkət edir - SƏBƏB
19 oktyabr 2020 19:28 (UTC +04:00)

Bakıda avtobuslar gecikmə ilə hərəkət edir - SƏBƏB

Axşam saat 18:00 radələrindən paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, hazırda Bakıda bir sıra prospekt və küçələrdə onlarla müntəzəm və ekspres marşrut xətləri üzrə avtobuslar sıxlıqda qalaraq gecikmə ilə hərəkət edir. Bu isə dayanacaq məntəqələrində və avtobuslarda sərnişin sıxlıqlarının yaranmasını qaçılmaz edir: "Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobuslara qarşı hərəkət üstünlüyü tanımağı xahiş edirik. Sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu indiki vaxtda bu olduqca vacib əhəmiyyət kəsb edir".  

BNA sıxlıq müşahidə edilən küçələrin adlarını da açıqlayıb:

1.Yusif Səfərov küçəsi(H.Əliyev pr. ist.)

2.A.Salamzadə küçəsi(hər iki istiqamət)

3.Qələbə dairəsi

4.Koroğlu Rəhimov küçəsi(hər iki istiqamət)

5.Moskva pr.(20 Yanvar dairəsi ist)

6.Tbilisi pr.(hər iki ist)

7.Q.Qarayev pr.(hər iki ist. nisbətən sıxlıq)

8.Binəqədi şossesi(Binəqədi ist) sıxlıq

9.Ş. İ. Xətai pr.(H.Əliyev pr. ist.)

10.R.Behbudov küçəsi nisbətən sıxlıq

11.Z.Əliyeva küçəsi

12.Ü.Hacıbəyov küçəsi

13.Mikayıl Əliyev küç.(Koroğlu m/st-sı ist)

14.Mikayıl Useynov pr(Azneft dairəsi ist). 

# 880
avatar

Oxşar yazılar