138
15:28
19 Oktyabr 2020

Koronavirus statistikası: 107 nəfər sağaldı, 331 nəfər yoluxdu, 4 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 45 295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4 521 nəfərdir.

Ölkədə son sutka ərzində 4 612, hazırkı dövrədək isə 1 232 636 test aparılıb.

Dİgər xəbərlər