Şərif Ağayarın romanı Fransada çap olundu
19 oktyabr 2020 13:45 (UTC +04:00)

Şərif Ağayarın romanı Fransada çap olundu

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı Fransada işıq üzü görüb.

Lent.az bildirir ki, bu barədə kulis.az a kitabın naşiri Nicat Kazımov məlumat verib. Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında çap edilən kitab artıq Fransanın böyük yayım şirkətlərinin satış siyahısındadır.

Roman nəşriyyat tərəfindən adı çəkilən ölkədə nüfuzlu müsabiqələrə təqdim ediləcək.

Xatırladaq ki, eyni vaxtda Nadir Adilmanın “O gələcəkmi?”, Reyhan Həsənovanın “Göydən üç alma düşdü”, Mübariz Örənin “Sodomor” kitabları da işıq üzü görüb.

Müəllifləri təbrik edirik.

# 1153
avatar

Oxşar yazılar