Türkiyədə son sutkada koronavirusdan 72 nəfər ölüb
18 oktyabr 2020 20:40 (UTC +04:00)

Türkiyədə son sutkada koronavirusdan 72 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 72 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 101 403 şübhəli koronavirus testindən keçib, onlardan 1815-nin cavabı pozitiv çıxıb, 1501 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  1427 nəfər olub.   

Türkiyədə ümumilikdə 347 493 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9296 nəfər ölüb.

 

# 1000
avatar

Oxşar yazılar