Qəbələdə çayxana, Şəmkirdə ev yandı
18 oktyabr 2020 09:11 (UTC +04:00)

Qəbələdə çayxana, Şəmkirdə ev yandı

Qəbələ və Şəmkir rayonlarında yanğın olub.

Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 45 m² olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanıb. Çayxananın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Həmçinin Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

# 616
avatar

Mehman Nəbiyev

Oxşar yazılar