“Azercell”dən Gəncədə olan abunəçilərə dəstək
17 oktyabr 2020 18:35 (UTC +04:00)

“Azercell”dən Gəncədə olan abunəçilərə dəstək

Ölkənin lider operatoru Gəncədəki abunəçilərinin balansını bütün istiqamətlərdə zəng və SMS üçün artırdı

“Azercell Telekom” şirkəti oktyabrın 17-də  gecə aatlarında Gəncə şəhərinin mərkəzində yaşayış məhəlləsinin raket atəşinə tutulması, dinc insanların ölümü və yaralanması xəbərinə hədsiz kədərləndiyini bildirir.

stəqilik tariximizdə yaşadığımız ən gərgin və ağır dövrdə vətəndaşlarımızın yanında olan Azercell bu dəfə Gəncədəki abunəçilərinə rabitə dəstəyi göstərib. Bu məqamda Gəncədə olan insanların  daha çox telefon zəngləri etdiyini nəzərə alaraq, Azercell şirkəti hazırda bu şəhərdə olan bütün abunəçilərinin balansına bütün istiqamətlərdə zənglər üçün 50 dəqiqə və 50 SMS yükləyib.

Ümid edirik ki, bu, Gəncədə olan vətəndaşlarımızın rabitə qayğılarının nisbətən aradan qaldırılmasına yardımçı olacaq.

Xatırladaq ki, erməni təxribatlarına cavab olaraq rəşadətli ordumuzun əks-həmlə əməliyyatına başladığı ilk andan Azercell şirkəti xalqımızın, dövlətin və silahlı qüvvələrimizin yanında olub. 

Azercell şirkəti orduya dəstək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat ianə edib. Bundan əlavə, əsgərlərimizlə yanaşı ağır informasiya müharibəsində savaşan jurnalistlərə, cəbhə bölgəsinə ezam edilmiş müxtəlif KİV işçilərinin hamısının balansına Azercell 100 manat köçürüb.

Azercell şirkəti bir daha bu kədərli anlarda Gəncədə raket hücumu nəticəsində həlak olan vətəndaşlarımızın ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir. Yaralılara isə tez sağalmalarını arzulayır.

Hazırda qələbə naminə ön cəbhədə döyüşən şanlı ordumuz Azərbaycan bayrağını artıq Füzulidə dalğalandırdı! Cəsur əsgər və zabitlərimizə ruh yüksəkliyi və cansağlığı arzu edirik!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan ordusu! Qarabağa #gəlirik!

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

# 2323
avatar

Oxşar yazılar