13:08
17 Oktyabr 2020

Ermənilərin Gəncəni raket atəşi zamanı 2 azyaşlı itkin düşüb - RƏSMİ

Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutrması nəticəsində 2 azyaşlı itkin düşüb.

Bu barədə Lent.az -a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, düşmənin xain təxribatı nəticəsində 13 dinc sakin həlak olub, 48 nəfəri yaralınıb.

Həlak olanların 3-ü azyaşlı, 4-ü qadın, 6-sı kişidir.

Yaralananların 5-i azyaşlı, 20-si qadın, 23-ü kişidir.

İki uşaq isə itkin düşüb.

Dİgər xəbərlər