13:13
16 Oktyabr 2020

“İsrail sona qədər Azərbaycanın yanında olacaq”- YƏHUDİ RAVVİN

Azərbaycan və ondan əvvəlki Xəzər xaqanlığının ərazində heç vaxt yəhudilərə qarşı təqib olmayıb. Biz bunu qiymətləndirik və bu tarixi faktı heç vaxt yaddan çıxarmayacağıq”.

Lent.az xəbər verir ki, bu sözləri Yəhudi ravvin, beynəlxalq hüquq üzrə ekspert Mixail Finkel deyib. Tarixi faktlara toxunan ravvin qeyd edib ki:

"İsraildə hamı Azərbaycanı sevir. Biz xalq olaraq bir şeyi heç vaxt yaddan çıxarmırıq. Azərbaycan və ondan əvvəlki Xəzər xaqanlığının ərazində heç vaxt yəhudilərə qarşı təqib olmayıb. Biz bunu qiymətləndirik və bu tarixi faktı heç vaxt yaddan çıxarmayacağıq. İsrail sona qədər və tam qələbəyədək Azərbaycanın yanında olacaq".

Mixail Finkelin bu sözləri sosial şəbəkələrdə yayılıb. Bu fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb və postlarda paylaşılıb.

Dİgər xəbərlər