Nazirdən özəl kurslarla bağlı AÇIQLAMA
16 oktyabr 2020 11:59 (UTC +04:00)

Nazirdən özəl kurslarla bağlı AÇIQLAMA

“Özəl kurslar qanunvericiliyə uğun olaraq təhsil müəssisələri sayılmır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, özəl müəssisələr tədrislə məşğul olan müəssisələr sayılırlar:

“Onların fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin müvafiq qayda və protokolları var və TƏBİB tərəfindən həmin portokollar təsdiq edilib. Təbii ki, ilk növbədə öz fəaliyyətlərini həmin protokollara uyğun atmalıdırlar. Amma istər özəl kurs, istərsə də özəl şirkət olsun, bir də vurğulamaq istərdim ki, hər vətəndaşın  mövqeyi bu anda çox önəmlidir. Hər bir Azərbaycan vətərndaşı situasiyanı düzgün qiymətləndirməlidir. Başa düşməlidir ki, bu və ya digər şəkildə həmin adam məsuliyyətsizliyinə görə, virusa yoluxursa, təbii ki, ona çarpayı sərf olunur, həmin adama həkim lazımdır. Biz o həkimi, çarpayını bugünkü vəziyyətdə nəyə istifadə etməyimiz önəmli sualdır. Hər bir vətəndaş, hər bir qurum öz fəaliyyətində bunu nəzərə alıb mütləq şəkildə qaydalara əməl etməldiir. Bu, artıq Azərbaycanda qayda-qanundur. Qaydaya əməl etmək hər kəsin borcudur".

# 601
avatar

Oxşar yazılar