19:07
13 Oktyabr 2020

Sabirabadın bəzi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırıldı - KARANTİN QƏRARI

Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışın dayandırılır.

Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Dİgər xəbərlər