14:58
13 Oktyabr 2020

İranda bir sutkada koronavirusdan 254 nəfər ölüb

İranda ötən sutka ərzində 254 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 29 070 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4108 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 50 8389 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 41 1840 nəfər koronavirusdan sağalıb.

Dİgər xəbərlər