Avstriyada yaşayan bəstəkar "Qarabağ marşı" bəstələdi - VİDEO
13 oktyabr 2020 13:11 (UTC +04:00)

Avstriyada yaşayan bəstəkar "Qarabağ marşı" bəstələdi - VİDEO

Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbouri Ermənistanın işğalçılıq siyasətinə qarşı Vətən müharibəsində rəşadətlə döyüşərək düşmənə sarsıdıcı zərbələr vuran müzəffər Azərbaycan Ordusuna ithaf olunan “Qarabağ marşı” adlı mahnı bəstələyib.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, şair Azəryar Danışvərin sözlərinə bəstələnmiş milli-vətənpərvərlik ruhundakı əsər Azərbaycan xalqının əzəli torpaqlarına, qədim Qarabağ yurduna qovuşmaq istəyini təcəssüm etdirir.

Gənc bəstəkar bildirib ki, son həftələrdə baş verən hadisələri yaxında izləyərkən xalqımızın və ordumuzun qəlbən yanında olduğumu ifadə etmək və əsgərlərimizi yeni qələbələrə ruhlandırmaq üçün əsər bəstələmək qərarına gəlib. “Qarabağ marşı”nı Vyana Rixard Vaqner Konservatoriyasının tələbəsi Fərhad Soltani səsləndirib.

Simfonik orkestr üçün bəstələnmiş marş bu misralarla bitir:

Qarabağ Yurdumun ürəyidir,

Diləyi xalqımın diləyidir.

Ayrılarmı könül candan?

Ayrılmaz ki Azərbaycan

Qarabağdan, Qarabağdan, Qarabağdan!

“Qarabağ marşı”nı aşağıdakı link vasitəsilə dinləmək mümkündür:

# 1768
avatar

Oxşar yazılar