“QAZel” dərəyə aşdı: sürücü ölüb
13 oktyabr 2020 12:57 (UTC +04:00)

“QAZel” dərəyə aşdı: sürücü ölüb


Daşkəsəndə dərəyə aşan avtomobilin sürücüsü ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 13-də saat 1 radələrində Daşkəsən rayonunun Əhmədli kəndi ərazisində Dəstəfur kənd sakini Turan Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

# 865
avatar

Oxşar yazılar