Gəncədə yaralanan qadın xəstəxanada öldü - RƏSMİ
12 oktyabr 2020 17:33 (UTC +04:00)

Gəncədə yaralanan qadın xəstəxanada öldü - RƏSMİ

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın  ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olmuş, 35 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Baş ProkurorlqudanLent.az-a verilən məlumata görə, bu gün yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1061

Oxşar yazılar