16:29
12 Oktyabr 2020

Qubada iki maşın toqquşdu: ölən var

Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Nügədi yolunda qeydə alınıb.

“UAZ” və “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində Qubanın Möhüc kənd sakini Bəhram İsayev ölüb.

Daha iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Dİgər xəbərlər