15:54
12 Oktyabr 2020

Abituriyentlərin NƏZƏRİNƏ! - Daha iki gün vaxt verildi

Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərə müraciət edib.

DİM-dən Lent.az -a verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb.

Belə ki, əsas və əlavə yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb.

Abituriyentlər oktyabrın 14-ü saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Dİgər xəbərlər